ETTC ISO 9001:2015 standartının və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirməyə tam sadiqdir. Bu məqsədə çatmaq üçün “Eurasia Transport and Terminals Company” MMC şirkət daxilində hər səviyyədə Keyfiyyəti İdarəetmə Sisteminin effektiv və davamlı təkmilləşdirilməsini təmin edərək, aşağıdakıları həyata keçirir:
Müştərilərlə fəal əməkdaşlıq edərək, onların keyfiyyət, qiymət, performans, təhlükəsizlik və etibarlılıqla bağlı yaranan ehtiyaclarını təmin edilməsi
Müəyyən edilmiş keyfiyyət məqsədlərinin müntəzəm olaraq nəzərdən keçirilməsi
Personalın motivasiyasını, məmnunluğunu və proseslərə cəlb olunmasının təmin edilməsi
Bütün qüvvədə olan qanunlara, direktivlərə və qaydalara riayət edilməsi
Davamlı təkmilləşmə mədəniyyətini tətbiq etməklə, əməkdaşlarımızın bilik və bacarıqlarının təlimlər vasitəsi ilə inkişaf etdirilməsi
Dövri İdarəetmə İclaslarını keçirilməsi
”Eurasia Transport and Terminals Company” MMC-nin siyasəti öz işçilərinin iş zamanı təhlükəsizliyini, sağlamlığını və rifahını fəal şəkildə qorumaqdır. Məqsədlərini müəyyən etməklə, Şirkət bütün hüquqi öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürür. Bu öhdəlikləri yerinə yetirmək üçün, Şirkət Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühitlə bağlı geniş spektrli prosedurları və tədbirləri əhatə edən Prosedurlar Təlimatını (“Təlimat”) nəşr etmişdir.
ŞİRKƏTİN ƏSAS MƏQSƏDLƏRİ
Siyasətimizə uyğun fəaliyyət göstərmək üçün biz aşağıdakı öhdəlikləri üzərimizə
götürürük:
SƏTƏM hədəflərini təyin edərək, bu hədəflərə nail olmaqla effektivliyin qiymətləndirilməsi
Əməkdaşlara və podratçılara Sağlamlıq, Təhlükəsizlik, Ətraf Mühit (SƏTƏM) öhdəliklərini yerinə yetirməkdə kömək etməyi
Sistemli seçim, təlim və təminat proseslərini tətbiq etməyi
SƏTƏM prosedurlarını, standartlarını və tələblərini hazırlamaq, izləmək və yeniləmək
Fəaliyyətimizi təhlil edərək, alınan müsbət performansımızın daimi təkmilləşdirilməsinə yönəltmək
Ən yaxşı SƏTƏM təcrübələrini qəbul edərək, çalışdığımız sahədə tətbiq etmək
Dövlət qurumları ilə əməkdaşlıq edərək, mükəmməl SƏTƏM standartlarını və təcrübələrini şirkət daxilində tətbiq etmək
Podratçılarımızın təşviqat və təlimlər vasitəsilə vacib SƏTƏM məqsədlərinə uyğunluğununu təmin etmək
SƏTƏM aspektlərinin şirkət daxilində, habelə yerli icma və hakimiyyət orqanları ilə açıq müzakirə etmək
Müştərinin və Azərbaycan qanunvericiliyinin SƏTƏM tələblərinə əməl etmək
Bizim əsas məqsədimiz: İNSANLARA, ƏTRAF MÜHİTƏ VƏ ƏMLAKA ZƏRƏR VURMAMALI